Üçqulaq paxlavanın RESEPT

20 Mart 2018
1 830
0
Üçqulaq paxlavanın RESEPT
Azərbaycan mətbəxi öz rəngarəngliyi ilə seçilir. Feat.Az sizə əsasən Qəbələ bölgəsində bişirilən üçqulaq paxlavanın reseptini verir.



Tərkibi:



500 qr un

2 ədəd yumurta

150 qr süd

Maya, duz.



İçlik:



200 qr qoz ləpəsi

200 qr şəkər tozu

Vanil.



Hazırlanma qaydası:



Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür.

Üçqulaq paxlavanın RESEPT


Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.