Fərqli dad: Soba kababının HAZIRLANMA QAYDASI » Feat.Az Sekiller, Xeberler, Yazili

Fərqli dad: Soba kababının HAZIRLANMA QAYDASI

11 aprel 2018
646
0
Fərqli dad: Soba kababının HAZIRLANMA QAYDASI
Həm asan, həm də çox ləzzətli bir axşam yeməyi hazırlamaq istəyirsinizmi? Feat.Az-ın verəcəyi fərqli reseptlə buna nail olacaqsınız.



Soba kababı



Lazım olanlar:



Yarım kilo qıyma
1 dəstə cəfəri

1 ədəd yaşıl bibər

1 ədəd quru soğan
1 çay qaşığı istiot
1 çay qaşığı duz
1 çay qaşığı kəklik otu



Üzəri üçün:



1 kartof
1 soğan
1 pomidor



Sousu üçün:


2 xörək qaşığı tomat
Yarım stəkan duru yağ



Hazırlanması:



Cəfəri, bibər və soğan xırda doğranaraq ədviyyatlarla birgə qiyməyə qarışdırılır. Hazırlanan küftə nazik şəkildə soba qabına yayılır. Üzərinə dilimlənmiş kartof, soğan, pomidor qoyulur. Və hazırlanmış sous üzərinə tökülür.

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 40 dəqiqə bişirilir.



Nuş olsun!
Şərh Yaz