Çuğundur ruletinin hazırlanma qaydası – DADINDAN DOYMAYACAQSINIZ

12 Nisan 2018
1 323
0
Çuğundur ruletinin hazırlanma qaydası – DADINDAN DOYMAYACAQSINIZ
Zaman-zaman əksər qadınlar düşünür ki, mətbəxdə bu gün hansı yeməyi bişirim? Həm asan olsun, həm də ləzzətli.

Feat.Az
-ın verdiyi bu reseptlə siz həm sadə üsulla yemək bişirəcəksiniz, həm də süfrələrinizi dadlı bir yeməklə bəzəyəcəksiniz.



Çuğundurlu rulet



Xəmiri üçün:



250 ml süd

50 q kərə yağı

1 çay qaşığı maya

485 q un

Bir çimdik duz

2 yumurta



Dolğusu üçün:



2 dəstə çuğundur

2 yemək qaşığı fıstıq

1 stəkan qurudulmuş pomidor

6 diş sarımsaq

1 dəstə cəfəri

2 stəkan doğranmış pendir

Duz

Qara bibər



Üzəri üçün 3-4 qaşıq zeytun yağı



Hazırlanması:



Xəmir üçün olan vəsaitlər geniş bir qabda yoğrulur. Nəm bir parça ilə örtülür və 40 dəqiqə gözlədilir. Mayalanan xəmiri yüngül unlanmış dəzgah üzərinə götürərək bir oxlov köməyi ilə incə yayın. Üzərinə bütün xəmiri örtəcək şəkildə yüngül qaynadıb damarlarını kəsdiyiniz çuğundur yarpaqlarını yerləşdirin. Fıstıqları az yağda qovurun. Dolğusu üçün incə doğradığınız qurudulmuş pomidor, əzdiyiniz sarımsaq, incə doğradığınız cəfərini bir qaba yığın və oraya fıstıqları da əlavə edib duz istiot vurun. Bu qarışımı çuğundur yarpaqlarının üzərinə yayıb xəmiri rulet formasında bükün və onu 2 sm qalınlığında parçalar kəsin. Aralarında boşluq olmaması üçün oval bir ocaq qabına qoyun. Üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə ocaqda 40-45 dəqiqə bişirin. İsti şəkildə servis edin.



Nuş olsun
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.