"Şuxi" salatı

01 Temmuz 2022
3 482
0
"Şuxi" salatı
Feat.Az macar mətbəxindən "Şuxi" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q çuğundur

200 q qurudulmuş göbələk

2 baş soğan

2 x.q. bitki yağı

1 x.q. zeytun yağı

2 x.q. limon şirəsi

duz

qara istiot

3 diş sarımsaq

Çuğunduru soyun, yuyub qurulayın. Folqanın üzərinə qoyub 1 x.q. bitki yağı çəkin. Folqaya büküb 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.

Göbələyi suda isladın, sonra isə 15 dəqiqə bişirin.

Soğanı xırda doğrayıb qalan bitki yağında qovurun.

Soyumuş çuğundurla göbələyi saman kimi doğrayıb qarışdırın. Qovrulmuş soğanı, əzilmiş sarımsağı, zeytun yağı, limon şirəsi, duz-istiot qatıb qarışdırın.

2 saat saxladıqdan sonra süfərəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.