"Subay" salatı

28 Mayıs 2022
3 362
0
"Subay" salatı
Feat.Az "Subay" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


2 xiyar

1 yerkökü

10 dilim salyami kolbasası

15 ədəd konservləşdirilmiş göbələk

0.5 st. konservləşdirilmiş qarğıdalı

4 x.q. mayonez

3 yumurta

8 orta boy pomidor

duz

istiot

4 ədəd ikiyə bölünmüş zeytun

5-6 budaq cəfəri

Qabığı soyulmuş xiyarla yerköküləri sürtgəcdən keçirib qarışdırın. Salyami ilə göbələyi xırda doğrayın. Qarğıdalı, mayonez, duz, istiot qatıb qarışdırın.

Yumurtaları suda bişirib təmizləyin.

Pomidorların üst hissəsini 1 barmaq qalınlıqda qapaq kimi kəsin, içini oyun.

Salatı pomidorların içinə doldurun. Pomidorları salat qabına düzün.

Salatın qalanını qabın ortasına qoyun. Pomidorların üzərinə yumurta dilimi, zeytun və cəfəri budaqları qoyaraq bəzəyin.

Nuş olsun!


resept: "Sofra" dərgisi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.