Kokoslu boranı keksi

17 Nisan 2018
1 484
0
Kokoslu boranı keksi
Feat.Az kokoslu boranı keksinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:


1 st. adi şəkər tozu

0.5 st. qəhvəyi şəkər tozu

0.5 st. bitki yağı

2 yumurta

1 st. boranı püresi, yaxud sürtgəcdən keçirilmiş boranı

1 3/4 st. un

1 ç.q. soda

1 ç.q. duz

1/4 ç.q. üyüdülmüş mixək

3/4 ç.q. darçın

1/2 ç.q. ətirli (ağ) istiot

1/2 ç.q. üyüdülmüş muskat cevizi

1/3 st. su

0.5 st. kokos yonqarı

1/4 st. xırdalanmış qoz (fıstıq, araxis və s.)

Sobanı 180 dərəcə qızdırın. Keks üçün formanı yağlayın.

Şəkər tozunun hər iki növünü qarışdırın, yumurta, yağ əlavə edib çalın. Qarışdıraraq boranı püresi, ardınca un, duz, soda, ədviyyat, ən sonda isə su qatıb eynicinsli kütlə alınanadək qarışdırın. Kokosla qozu da qatıb xəmiri formaya tökün.

1 saat bişirin. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.