Fincanda şokoladlı keks - 3 dəqiqəyə!

13 Mayıs 2022
2 254
0
Fincanda şokoladlı keks - 3 dəqiqəyə!
Feat.Az mikrodalğalı sobada 3 dəqiqəyə hazırlaya biləcəyiniz şokoladlı keksin reseptini təqdim edir

Tərkibi (1 pay):

4 x.q. un

2 x.q. kakao

2 x.q. şəkər tozu

1 yumurta

3 x.q. süd

3 x.q. bitki yağı

1/4 ç.q. vanil

1 x.q. doğranmış şokolad (zövqə görə)

Mikrodalğalı sobada keks hazırlamaq üçün dəmir olmayan, saxsı fincan yarayar.

Fincana un, kakao, şəkər tozu töküb yaxşıca qarışdırın.

Yumurta qırıb qarışdırın, lopa qalmasın. Süd ilə yağı, sonra isə vanillə şokoladı əlavə edib qarışdırın.

Qeyd: əgər fincan balacadırsa, ərzağı iri kasada qarışdırın, sonra balaca fincanları yağlayın, xəmiri töküb sobaya qoyun.

Mikrodalğalı sobanın ən yüksək gücündə 3 dəqiqə seçin. Vaxt bitən kimi sobanın qapağını açmayın. Gözləyin, şişmiş keks bir qədər yatsın.

Keksi fincanın kənarlarından bıçaqla ayırıb, boşqaba çevirin.

Bu keksi ərzağın qədərini artırıb iri şüşə formada (sobanın boşqabından iri olmayan) da hazırlamaq olar.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET