Fərqli dad - KAKOSLU ÇATLAMIŞ PEÇENYE

11 Mayıs 2022
2 858
0
Fərqli dad - KAKOSLU ÇATLAMIŞ PEÇENYE
Kakos şirniyyatlara xüsusi dad verir. Feat.Az kakoslu şirniyyat sevərlər üçün ləzzətli resept təqdim edir.

Kakoslu çatlamış peçenye üçün lazım olanlar:

2 ədəd yumurta

2 fincan şəkər tozu

1 paket marqarin

1 stəkan duru yağ

1 paket qabartma tozu

1 paket vanil

7 xörək qaşığı kakao

Apardığı qədər un

1 stəkan yarım süd

1 stəkan şəkər tozu


Hazırlanması:
Otaq istiliyində yumşalmış marqarini geniş bir qaba qoyun. 2 yumurtanı üzərinə qırın. Sıra ilə şəkər tozu, duru yağ, qabartma tozu, vanil və kakaonu əlavə edin. Bütün ləvazimatları əlinizlə yoğurun. (Nə çox sərt, nə də duru bir xəmir olmalıdır).Yoğurduğunuz xəmirdən qoz böyüklüyündə parçalar qoparın və onlara yuvarlaq forma verin. Peçenyeləri siniyə düzün və 180 dərəcəlik sobaya qoyun. Üzərləri çatlayana qədər bişirin. Peçenyeləri sobadan çıxarıb 2-3 dəqiqə gözləyin. Bu əsnada siz də bir qabın içində süd və şəkər tozunu qarışdırın. Xəfifi isinən peçenyeləri bu qarışıma batırıb çıxardıqdan sonra servis boşqabına yığın. Üzərini kakosla bəzəyin.



Nuş olsun!

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.