Gül börək (yuxalı) resepti

15 Mayıs 2018
1 960
0
Gül börək (yuxalı) resepti
Tərkibi:
Yuxa lazım olan qədər
Yuxaya sürmək üçün biraz duru yağ

İçlik (mən bu səfər kartof əzməsi hazırladım):
kartof, duz, istiot, kərə yağı

Börəyin üstümə 1 yumurta və arzuya görə küncüt.

Hazırlanması:
Əvvəl içlik hazırlanır: kartofun qabığı soyulur, ortadan 4 yerə bölünür və duzlu suda tam yumuşalanadək bişirilir.
Bişəndən sonra tez suyu süzülür, 1 damcı kərə yağı və qara bibər əlavə edilir və əzmə halına gətirilir.Çalışın kartofu soyutmayın, yoxsa əzmək çətin olur.
Duzu kontrol edin, lazımdısa əlavə edin, doğranmış göyərti qatın və yaxşı qarışdırın.

Yuxaları sərin, üstünə azacıq duru yağ sürün fırça ilə, ordan-burdan içliyi iri noxud boyda düzün. Yuxanı boru kimi bükün, sonra öz ətrafında bükün. Yuxa bayat və qalın olsa, cırılacaq, ancaq problem deyil
Yuxa sözə baxmasa və gül şəklində burulu vəziyyətdə durmaq istəməsə, diş çöpü taxa bilərsiz, amma dar qaba yığanda, bir-birinə söykənib durullar
1 yumurtanı 1 qaşıq duru yağla çəngəllə açın və börəklərin üstünə sürün. Küncüt səpin və əvvəldən 200t isidilmiş sobada üstü qızaranadək 25-30 dəq bişirin.

Nuş olsun!
insta: @azerifoodie
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.