Çay süfrənizə ləzzət qatacaq - PORTAĞALLI LOKUM
Lazım olanlar:
1 stəkan yarım təzə sıxılmış portağal suyu
1 stəkan yarım su
3 xörək qaşığı nişasta
6 xörək qaşığı şəkər tozu
Kakos (istəyə görə)
Hazırlanması:
Kakosdan başqa bütün ərzaqları qazana töküb, qaşıqla çalın. Qazanı ocağa qoyub qaynayana qədər qarışdırmağa davam edin. Qaynadıqdan sonra odu azaldıb, 5-6 dəqiqə daha bişirin və dərhal bir şüşə siniyə boşaldın.
Otaq temperaturuna gəldikdə soyuducuya qoyub ən az 2 saat saxlayın. Sonra çıxarın və dilimləyin. İstədiyiniz qədər kakosa batırın.
Nuş olsun!