Ev şəraitində dadlı dondurma
Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.
Tərkibi:
4 ədəd yumurtanın ağı
1 stəkan şəkər tozu
1 ç/q vanil
200 qr qaymaq
1 çimdik duz
Hazırlanma qaydası:
Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.
NUŞ OLSUN!