Ananaslı toyuqlu salatı resepti

15 Haziran 2022
3 460
0
Ananaslı toyuqlu salatı resepti
Tərkibi:
Kartof 3 ədəd
Yumurta 3 ədəd
Konservləşdirilmiş ananas 300 q
Kərə yağı 40 q
Şampinyon 200 q
Soğan 1 ədəd
Yaşıl soğan 1 dəstə
Duz 1/2 ç.q
Toyuq əti 300 q
Qoz 150 q
Sərt pendir 100 q
Xama 300 q

Hazırlanması:

1. Kartof və yumurtanı bişirin, soyudun və qabığını soyun.

2. Soğanı incə doğrayın və kərə yağında qızardın. Qabığı soyulmuş və doğranmış şampinyonları nazik doğrayıb, soğana əlavə edin. Qarışdırın və tam bişənədək odda saxlayın, sonda zövqə görə duzlya bilərsiniz.

3. Toyuq ətini duzlu suda qaynadın və soyudun. Soyumuş əti didin və ya nazik doğrayın.

4. Konservləşdirilmiş ananasın suyunu süzün. Kartof və yumurtanı rəndələyin.

5. Böyük boşqabda salatı lay lay yığın, ardıcıllıq belə olmalıdır - ananas, kartof, toyuq ətinin yarısı, göbələk, toyuq əti, pendir və sonda yumurta. Bütün laylara zövqə görə xama ilə sürtün və azca duzlayın. Salatın üzərini bütov qoz ləpəsi ilə və göy soğanla bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.