Dadlı,ləzzətli albalılı keks resepti

11 Haziran 2018
1 791
0
Dadlı,ləzzətli albalılı keks resepti
Tərkibi:
3 ədəd yumurta
1 st. şəkər tozu,
1 st. süd,
0.5 armudu st. duru yağ,
un,
1 paket qabartma tozu,
1 paket vanil

Üzəri üçün:
Albalı,
Şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd və yağ əlavə edib, çalmağa davam edirik. Ardınca quru ərzaqları da töküb, qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına töküb, üzərinə albalı düzürük.
150-160 dərəcə istilikli sobada bişiririk. *Qeyd. Bişməsini çöp ilə yoxlamadan götürməyin.
Ən sonda üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.