Mərcili Börək - Resepti

25 Haziran 2018
1 463
0
Mərcili Börək - Resepti
Mərcili börək

Xəmir :
2 st un
1 st ilıq su
0,5ç.q.duz
Bunlardan xəmir yoğurmaq, üstünü örtüb 5d saxlamaq.

İçlik üçün :
0,5 st mərcini bişirmək. Axırda duz vurmaq və ocaqdan almaq, qoy elə bu duzlu suda soyusun. Onda duzu canına çəkəcək.
1 orta boy soğanı xırda doğrayıb 1-2 y.q.yağda qovurmaq, axırda sarıkök, 1 ç.q.tomat pastası.
Mərcinin suyunu süzmək, soğançaya vurmaq, 1 d ocaqda saxlamaq. Ocaqdan almaq, qırmızı pul bibər, istiot vurmaq. Soyusun. Keşniş doğramaq. Bu halda mərci çox dadlı olur, salat kimi. Həmdə doyurucu.


50 qr kərə yağını əritmək, 0,5 st günəbaxan yağı vurmaq. Bu yağı xəmirin arasına sürəcəyik.


Xəmiri 4 yerə bölmək, hər birini nazik açmaq, hər birini yaxşı yağlamaq və üst-üstə yığmaq , qat-qat xəmir kimi olur.
İndi xəmiri zərf kimi bükmək, hər dəfə yenə yağ sürmək.
Üstünü örtün soyuducuda 15 d saxlayın yağ bərkisin.
Sonra oxloynan açın, amma bu səfər lap nazik yox, biraz.
Düzbucaq şəkildə kəsin, içlik qoyun və rulet kimi bükün.
Siniyə düzün, üztünə yağ sürün və əvvəldən 190 t isidilmiş sobada bişirin 25-30 d
Xırt-xırt, qovurğa kimi xəmir alınır.
insta: azerifoodie
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.