İçi bastırmalı bükmə - Resepti

21 Haziran 2018
1 746
0
İçi bastırmalı bükmə - Resepti
Xəmir üçün :
50 qr yup yumuşaq kərə yağı
1 yum.sarısı (ağı da lazım olacaq)
1 y.q.qatıq
4 y.q.günəbaxan yağı

Bunların qabın içində qarışdırmaq, sonra bura əlavə etmək :
0,5 ç.q.sirkə
2 ç.q.nişasta
1 st un
1 ç.q.qabartma tozu
0,5 ç.q.duz

Bunları da qardırmaq, xəmir yığılsın diyə 1 - 2 y.q.un və yumuşaq ələ yapışmayan xəmir yoğurmaq. Örtmək və 5 d saxlamaq.

İçlik :
2 orta boy kartofu əvvəldən bişirmək və əzmə halına gətirmək, duz, acı qırmızı toz bibər, istiot, bir damcı kərə yada günəbaxan yağı. Pot-potsuz əzmə əldə etmək.
Çüyüd və basdırmanı doğramaq.
Streçi masaya sərmək, xəmiri streçin üstündə düzbucaq şəklində açmaq, çox qalın olmasın.
Üstündən kartof əzməni yaymaq (əlinizi suya batırıb edin daha asan olar)
Üstündən çüyüd,ən axırda basdırma səpmək.
Əlinizlə biraz ehmallı basmaq ki, içlik əzməyə yapışsın, mən unutdum, ona görə doğrayanda basdırma biraz səpilirdi mərdimazar.
Streçin köməyi ilə xəmiri sıx bükün, ancaq unutmayın streçi də bükməyin Yollayın dondurucuya 10 d, ki xəmir biraz bərkisin (amma daşa döndərməyin day)
Sobanı 190 t isidin.
Yum.ağını çəngəllə biraz açın. Düz qaba küncüt səpin.
Bükməni çıxardın və dilimlərə doğrayın.
Hər dilimi yum.ağına batırın, sonra küncütə. Siniyə düzün, kənarı qızaranadək 20-30 d bişirin.
Verilən bu ərzaq ölçülərindən məndə 15 dənə məmulat alındı.
insta: azerifoodie
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.