Südlü-giləmeyvəli sufle resepti » Feat.Az Sekiller, Xeberler, Yazili

Südlü-giləmeyvəli sufle resepti

05 August 2018
188
0
Südlü-giləmeyvəli sufle resepti
Tərkibi:
2 st giləmeyvə (məsələn, moruq və qara qarağat)
1 st. su
0,5 st. şəkər tozu
1 x.q. jelatin
0,5 banka qatılaşdırılmış süd

Hazırlanması:
Giləmeyvələrin üzərinə 0,5 st. su töküb qaynadın. Jelatini 0,5 st. suda isladıb şişənədək saxlayın.

Giləmeyvələri ələkdən keçirin. Qaynar püreyə şəkər tozu əlavə edib yaxşıca qarışdırın.

Şişmiş jelatini vam odda qızdırın (kristallar tam əriyənədək). Giləmeyvə püresi ilə qarışdırın.

İçində püre olan qabı soyuq suyun içinə qoyub soyudun. Sonra isə mikserin orta sürətində möhkəm çalın.

Nazik axınla qatılaşdırılmış süd əlavə edib çalın. Formalara yığıb soyudun. Bir gecə soyuducuda qalsa, pis olmaz.

Nuş olsun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz