Tez hazırlanan şokoladlı muss resepti - FOTO RESEPT

265 qr tünd şokolad
4 xörək qaşığı şəkər tozu
240 ml su
3 xörək qaşığı konyak
Hazırlanması:
Bir qazana şokoladı sındırıb tökün. Üzərinə şəkər tozu, su və konyak əlavə edib ocağa qoyun. Zəif ocaqda taxta qaşıqla dayanmadan qarışdırın. Şokolad əridikdə (qaynatmayın!) ocaqdan götürün və dərin qaba tökün. Buz vannası hazırlayın. İçi buz dolu qabın üzərinə şokoladlı kütləni yerləşdirin. Kütlənin həcmi artanadək çırpın. Hazır mussu desert stəkanına tökün. Zövqə görə üzərinə çırpılmış qaymaq və rəndələnmiş şokolad səpib süfrəyə verin.










