Qəhvəli, giləmeyvəli piroq resepti

08 Ağustos 2018
1 379
0
Qəhvəli, giləmeyvəli piroq resepti
Tərkibi:
Xəmir üçün:
200 qram un
100 qram kərə yağı
50 qram şəkər tozu
5 x/q qəhvə
1 çay qaşığı qabartma tozu

Üzəri üçün:
3 x/q un
5 x/q şəkər tozu
30 ml qəhvə
200 qram xama (20% yağlı)
100 qram pendir

İçlik üçün:
300 qram giləmeyvə

Hazırlanması:
Xəmir üçün ilk əvvəl qəhvəni dəmləyib, soyuduruq.
Yumşaldılmış kərə yağını, şəkər tozunu və soyumuş qəhvəni qarışdırırııq.
Un və qabartma tozunu da əlavə edirik
Xəmir yoğururuq.
Xəmirimizi yumru yayırıq.
Yayılmış xəmiri diametri 20 sm olan formalı yumru qabın içərisinə səririk.
Xəmirlə birgə qabı 10 dəqiqəlik soyuducuya qoyuruq.
Üzəri üçün olan bütün ərzaqları qarışdırırıq.
Daha sonra mikserlə çalırıq.
İçlik üçün isə giləmeyvələri yuyub quruduruq.
Soyuducudan xəmiri çıxarırıq, üzərini çəngəllə deşirik.
Giləmeyvələri xəmirimizin üzərinə eyni sırayla tökürük.
Giləmeyvənin üzərindən isə üzəri üçün hazırlanmış məhlulu tökürük.
200 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişiririk. Formalı qabından çıxardılmadan soyudulur.
Dilimlənərək süfrəyə təqdim olunur.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.