Royal salatı - RESEPT

31 iyul 2018
1 113
0
Royal salatı - RESEPT
Ərzaqlar..

200 qr - toyuq filesi

2 turşu - soğan

4 - yumurta

100 qr -qoz

2 - alma

Mayonez ( istənilən )

Duz, istiot .

Hazırlanma qaydası...

Toyuq ətini kubik-kubik formasında kəsirik.
Salatı lay-lay dayaz qaba əlavə edirik... Çalışmalıyıq ki, salat dördbucaqlı forması alsın:

Yumurtanın ağı - ( süzgəcdən keçirilmiş vəziyyətdə )
Toyuq - ( kubik formasında doğranmış halda )
Mayonez..
Soğan - ( turşuya qoyulmuş )
Alma ( süzgəcdən keçirilmiş )

Xırdalanmış qoz..
Yumurta sarısı ( süzgəcdən keçirilmiş )

Hər layın arasına duz, istiot əlavə etdikdən sonra mayonez çəkirik....
Pendir və zeytundan isə royalımızın dillərini hazırlayırıq....
Nuş olsun !
Şərh Yaz