Köklü darçınlı pankek - Resepti

13 Ağustos 2018
1 427
0
Köklü darçınlı pankek - Resepti
Porsiya: 16-18
Tərkibi:

150 qr un
55 qr qəhvəyi şəkər tozu
310 ml süd
1 yumurta
1 ç.q. vanil ekstraktı
1 böyük kök
2 x.q. bitki yağı
2 ç.q. qabartma tozu
1⁄4 ç.q. duz
1 ç.q. darçın


Hazırlanması:

1. Quru ərzaqlar (un,qabartma tozu, şəkər tozu, duz, darçın) bir qabda qarışdırılır.
2. Digər qabda süd, vanil ekstraktı və yumurta qarışdırılır. Bu qarışım quru ərzaqlara əlavə edilib, eynicinsli olana qədər qarışdırılır.

3. Kök sürtkəcin kiçik gözündən keçirilir, qarışıma əlavə edilir, qarışdırılır.
4. Tava isidilir, bitki yağı ilə yağlanır. Yağ qızan kimi çömçə ilə xəmir götürülür, tavaya tökülür. Orta odda üzərində qabarcıqlar əmələ gələnə qədər pankeyklər hər iki üzünə qızardılır.

Köklü darçınlı pankek - Resepti


mənbə: gilasmagazine.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.