Albalılı tart - Resepti

28 Ağustos 2018
1 178
0
Albalılı tart - Resepti
Porsiya: 12

Tərkibi:

Əsas hissəsi üçün:

100 qr kərə yağı

200 qr un

50 qr kakao

50 ml çox soyuq su

50 qr şəkər kirşanı

Qanaş üçün:

250 ml qaymaq

250 qr südlü şokolad

Bəzək üçün:

200 qr albalı

Hazırlanması:

1. Kərə yağı kub formasında doğranılır, üzərinə un, kakao, şəkər kirşanı əlavə olunub, blenderdə qarışdırılır.

2. Sonra üzərinə soyuq su əlavə olunub, tez xəmir yoğrulur.Qida plyenkasına bükülüb, 30 dəqiqə ərzində soyuducuda soyudulur.

3. Xəmir oxlovla açılır və yağlanmış tart formasına yerləşdirilir. Xəmir çəngəl ya bıçaqla bir neçə yerdən deşilir.

4. Əvvəldən qızdırılmış sobada 180°C dərəcədə 15 dəqiqə ərzində bişirilir.

Soyudulur.

5. Qanaş üçün qaymaq qaynayanadək qızdırılır. Kənara qaoyulur, xırdalanmış şokolad əlavə olunub, tam həll olunanadək qarışdırılır.

6. Hazır olan qanaş tartın üzərinə tökülüb, albalı ilə bəzədilir.

7. Servisdən öncə ən azı 1 saat soyuducuda soyudulur.
insta: @gulnarr_aliyeva
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.