Giləmeyvəli Parfe - RESEPT

Giləmeyvəli Parfe - RESEPT
Porsiya: 6

Tərkibi:

250 ml qaymaq( yağlılığı 26%)
2 yumurta ağı
100 qr şəkər tozu
1 ç.q. vanil ekstraktı
50 qr kərə yağı
150 qr peçenye
100 qr qaragile
100 qr moruq

Hazırlanması:

1. Otaq temperaturunda olan yumurta ağı ilə şəkər tozu mikserlə ağaranadək çalınır.

2. Qaymaq da ayrıca mikserlə çalınır. Hazır olan hər iki kütlə qaşıqla ehtiyatla qarışdırılır.

3. Peçenyelər blenderdən keçirilir, üzərinə yumşaq kərə yağı əlavə olunub, qarışdırılır.

4. Əvvəlcə parfe üçün qəlibin içinə sellofan açılır, qaymaq qarışığının yarısı əlavə olunur. Daha sonra giləmeyvələrin də yarısı tökülür və yenidən qaymaq qarışığının digər yarısı əlavə olunur. Ən sonda peçenye qarışığı tökülüb üzəri hamarlaşdırılır.

5. Sellofana bükülüb ən azı 4 saatlıq buzxanaya qoyulur. Servis zamanı qəlib tərs çevrilir və üzəri giləmeyvələrlə dekor edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.