Çudu resepti - Video resept

22 Eylül 2022
2 542
0
Çudu resepti - Video resept
Xəmiri hazırlamaq üçün lazım olan ərzaqlar:

Un – 500 q.
Maya – 10 q.
Yumurta – 1 ədəd
Duz – 5 q.
Qatıq – 2 yemək qaşığı
Su – apardığı qədər
Marqarin yağı – 125 q.
İçliyin üçün lazım olan ərzaqlar:
Cəkilmiş ət – 300 q.
Zirinc – 100 q.
Soğan, duz, istiot (zövqə görə)

Xəmirimizi yoğururuq, yoğurduğumuz xəmir 10 dəq kənarda özünə gəlməsini gözləyirik, özünə gəlmiş xəmirdən 5 kündə hazırlayırıq, 5 kündəni yayıb daha sonra isə hər qatına marqarin yağı ilə yağlayırıq. Bütün qatları bu formada hazırlayırıq, ən üst qata yağ əlavə edilir. Daha sonra isə qatları videoda olduğu kimi kəsib, əlimizlə bir balaca dartaraq qatlayırıq və 22 ədəd xəmirimiz alındı. Hazır olan xəmirimizi 10 dəq özünə gəlməsini gözləyirik.
İçliyi hazırlamaq üçün yuxarıda göstərdiyimiz ərzaqları bir-birinə qatıb, ət tam hazır olana qədər bişiririk.
Xəmirlərimizi, katalka vasitəsilə birbalaca acaraq ovucumuza alıb içliyimizi əlavə edirik, istərsə kənarını bükürük, istərsədə üzü üstə qoyulur üzərinə yumurta cəkilir, bir balaca sumax səpilir, 220 dərəcədə 15-20 dəq bişirilir. Bişmiş cudularımızı soyuduqdan sonra servis edə bilərsiz.
Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.