Kəsmikli ərik piroqu resepti

13 Ekim 2018
1 589
0
Kəsmikli ərik piroqu resepti
Tərkibi:
Xəmir:
100-120 q un
1 yumurta
50 q şəkər tozu
50 q yumşaldılmış kərə yağı

Krem:
200 q kəsmik
1 yumurta
1,5 x.q. xama
1,5 x.q. şəkər tozu
1 x.q. qarğıdalı nişastası
1 ç.q. q vanilli şəkər
ərik (təzə, yaxud konservləşdirilmiş; başqa meyvə də istifadə etmək olar)

Hazırlanması:
Yağı şəkər tozu ilə ağarıncayadək çalın, yumurta əlavə edib yenə çalın, ələnmiş un əlavə edib əlüstü xəmir yoğurun, qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın.

Kəsmiyi ələkdən keçirin, mikserin aşağı sürətində şəkər tozu, vanilli şəkər, yumurta, xama və nişasta ilə çalın.

Sobanı 180-200 dərəcə qızdırın. Kənarları açılan 19 sm diametrli formanı kərə yağı ilə yağlayın.

Xəmiri yayın, formanın içinə döşəyin, kənarlarını qaldırın. Üzərinə krem qoyun, əriyi düzün.

30-40 dəqiqə, piroqun üzəri bərkiyənədək bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.