Brauniz resepti

Brauniz resepti
Tərkibi:
200 qram acı şokolad (59-70% какао)
170 qram kərə yağı
250-300 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
Bir çimdik duz
0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam

Hazırlanması:
Əridilmiş şokoladın (170 qram) üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin.
Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın.
Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə tökün.
Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, yaxşıca qarışdırın.
Yumru tort formasını yağlayıb, dibinə perqament kağızı sərin.
Sonra perqament kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər şəkildə tökün.
Korju 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.
Korjun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit çöpü batırıb, çıxardın – çıxan kibrit çöpünə xəmir yapışmayıbsa, korjunuz hazırdır. Çalışın korju qurutmayasız.
Korju duxovkadan çıxardıb, soyuducuya 8-12 saat müddətinə qoyun.
Braunizi kvadrat şəkildə kəsib, çay süfrəsinə təqdim etmək olar.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.