İsveçrə keksi resepti

Alma sirkəsi 2 x.q.
Kakao 6 x.q
Duru yağ 0.75 (3/4) stəkan
Su 2 stəkan
Şəkər tozu 2 stəkan
Un 3 stəkan
Vanil 1 x/q
Şokoladlı pudinq 1 paket
Hazırlanması:
Keksi hazırlamaq üçün əvvəlcə quru ərzaqları bir qabda, duru ərzaqları da ayrı bir qabda qarışdırın.
Sonra duru ərzaqları yavaş-yavaş quru ərzaqlar olan qaba əlavə edin.
Qarışığı yaxşı yağlanmış dərin və ya geniş bir keks qəlibinə tökün. 175 dərəcədə 35-40 dəqiqə bişirin.
Keksin xəmiri hazır olana qədər pudinqi bişirin. Pudinq bir az soyuyandan sonra keksin üzərinə tökmək lazımdır.
Nuş olsun!