Qəhvəli keks resepti
Kəsmik – 350 qr
Xama – 200 qr
Çovdar suxarısı – 200 qr
Tünd şokolad – 125 qr
Alma püresi – 100 qr
Bal – 70 qr
Likör – 60 ml
Təbii kofe (Qəhvə) – 40 qr
Vanil və istəyə görə darçın – bir çimdik
Hazırlanması:
Alma püresi, bal, suxarı, vanil və darçın qarışığını yaxşıca mikserdə çalırıq.
Kütləni formaya töküb, soyuducuya qoyuruq. Çizkeykin bir qatı hazırdır.
Sonra desertin içi hazırlanır.
Kəsmik, xama, likör, üyüdülmüş şokolad, kofe, bir çimdik darçın və vanil qarışığı yaxşıca mikserdə çalınır.
Sonra bu kütlə soyuducuda olan 1-ci qatın üzərinə tökülür və yenidən ora qoyulur.
Ən azı 2 saat soyuducuda saxladıqdan sonra şokoladla, nanə yarpağı ilə bəzəyib, süfrəyə veririk.
Nuş olsun!