“Qızılı Payız” Boranı Piroqu Resepti

23 Ekim 2018
1 353
0
“Qızılı Payız” Boranı Piroqu Resepti
Ərzaqlar
500 qram boranı
400 qrm kəsmik
3 yumurta
1 su stəkanı şəkər
2 xörək q. kartof kraxmalı
100q qram süd
1 paket vanil
5-6 ədəd alma
4 xörək q. mannı yarması

Hazırlanması
Kəsmikli korju hazırlamaq üçün 2 yumurtanın sarısını 0,5 su stəkanı şəkərlə çalın, 2 xörək qaşığı mannı yarması və süd əlavə edib 20 dəqiqə saxlayın ki, mannı yarması şişsin.
Sonra bu qarışığa kəsmik, vanil sonda yumurtanın ağını mikserlə şişənəcən çalıb əlavə edin.
Dairə formasında olan soba qabını yağlayın və alınmış qarışığı ora əlavə edin.
Almaları qabıqdan təmizləyin və quru tavada bir az qızadın.
Əgər turş almadısa şəkər əlavə etmək olar.
Bir az soyuduqdan sonra qarışığın üstünə hər tərəfə eyni bərabərdə tökün.
Boranını qabıqdan təmizləyin və sobada və ya quru tavada odda bişirin.
2 xörək q. mannı yarması, 0,5 su stəkanı səkər əlavə edin və pure formasına salıb soyumağa qoyun.
Sonra bir yumurta 2 xörək q. kartof nişastası əlavə edib yaxşı qarışdırın.
Almaların üzərinə boranı korjunu əlavə edib 50 dəqiqə 200 dərəcə qızdırılmış sobada bişirin.
Tam soyuduqdan sonra servis eə biləsiniz.

Nuş Olsun!
metbexdenxeberler.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.