Katalonski Konfet Resepti

Katalonski Konfet Resepti
Ərzaqlar
100 qram ağ şokolad
20 qram kərə yağı
100 qram fındıq
50 qram şəkər
70 qram qara şokolad

Hazırlanması
Qozu əvvəlcə tavada aşağı odda bir az qovurun. Sonra blendrlə xırdalayın.
Şəkəri də tavada odda azca qovurun və üzərinə qozu əlavə edib qarışdırın və kənara soyumağa qoyun.
Yenidən bu alınmış kütləni blendrlə xırdalayın.
Ağ şokoladı kərə yağı ilə su vannasında əridin.
Qozlu kütləni ağ şokolada qatıb yaxşı qarışdırın.
Əllə kürə formasında şariklər hazırlayın.
Içinə mütləq qoz qoyun. 10 dəqiqə buz dolabında saxlayın.Qara şokoladı su vannasında əridin və şokoladda fırladın. 15 dəqiqə soyuducuda saxlayın. Üstünü zövqə uyğun bəzəyə bilərsiniz.

Nuş Olsun!

metbexdenxeberler.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET