Rahat-hulqumlu qurabiyə resepti

Rahat-hulqumlu qurabiyə resepti
Tərkibi (40 ədəd):
20 ədəd qızılgül dadlı rahat-hulqum
2,5 su st. un
2 su st. buğda nişastası
1 paket vanil
1 paket qabartma tozu
250 q marqarin
2 yumurta
6 x.q. şəkər tozu

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
Rahat-hulqumları ortadan bölün.

Bir ləyəndə un, nişasta, vanil, qabartma tozunu qarışdırın. Ortasında çala açın, otaq temperaturunda yumşaldılmış marqarin, yumurta və şəkər tozunu əlavə edin, yaxşıca qarışdırın. Xəmir ələ yapışırsa, bir qədər də un əlavə edin.

Üzərinə nəm dəsmal çəkib 20-25 dəqiqə saxlayın.

Gəlmiş xəmirdən kündə tutun. Un səpilmiş masada 0,5 sm qalınlıqda yayın. Tərəfi 3 sm olan kvadratlar kəsin. Hər kvadratın ortasına böldüyünüz rahat-lukumdan qoyun, xəmirin qarşı tərəflərini birləşdirib barmağınızla ortasından basın.

Bütün qurabiyələr hazır olduqdan sonra perqament döşənmiş siniyə aralarında məsafə olmaqla düzün. 170 dərəcə qızdırılmış sobada üzəri azca qızaranadək bişirin.

Soyuyandan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.