Ballı iris Resepti

20 Kasım 2018
1 286
0
Ballı iris Resepti
Şəkər tozu – 300 qram

Bal – 120 qram

Kərə yağı – 120 qram

Yağlı xama, yaxud qaymaq – 250 ml

HAZIRLANMASI:

Balı və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.



Otaq temperaturunda saxlanılmış kərə yağını hissə-hissə əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.



Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz; bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın. Sininin içinə perqament qoyun. Üzərinə yağ çəkin, sonra isə irisi içinə əlavə edin.



Bir qədər soyuyandan sonra kvadrat şəklində bölün, tam soyudun.



Yağla birlikdə, həmçinin 50 qram əridilmiş şokolad da əlavə edə bilərsiniz. O zaman şokoladlı iris alınacaq. Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz.



NUŞ OLSUN!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.