Kəsmikli-Bananlı Blamanje Resepti

Kəsmikli-Bananlı Blamanje Resepti
Ərzaqlar
350 qram kəsmik
100 qram süd
150 qram xama
50 qram şəkər
15 qram jelatin
2 ədəd banan

Hazırlanması
Jelatini 50 qram süddə isladıb 15-20 dəqiqə şişməyini gözləyin.
Kəsmiyi blendrlə çalın.
Xama və şəkər əlavə edin və yaxşı qarışdırın.
Qalan südü istiədin və jelatinə qatıb qarışdırın.
jelatini kəsmikli qarışığa qatıb qarışdırın.
Bananı qabıqdan təmizləyin və xırda formada doğrayib qarışığa qatın.
Keks formalı selikon qablara doldurun və 3-4 saat soyuducuda saxlayın.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.