Şokoladlı mannılı tort Rulet

Şokoladlı mannılı tort Rulet
Ərzaqlar
Xəmir üçün:

6 xörək q. un
2 xörək q. kakao
6 yumurta
5 xörək q. şəkər
1 paket vanil
1 paket qabartama tozu
Yarım çay q. limon şirəsi

Krem üçün
350 qram 2,5%-li süd
4,5 xörək q. mannı yarması
1 paket vanil
3 xörək q. şəkər
360 qram kəsmik

Hazırlanması
Əvvəlcə qabda aşağı odda südü isti edin və yavaş-yavaş mannını şəkəri əlavə edin, qatılaşana qədər 5 dəqiqə bişirin.
Kənarda soyumağa qoyun. Biskviti hazırlamaq üçün yumurtanın ağını limon şirəsi ilə ağaranacan çalın.
Yumurtanın sarısını şəkərlə mikserlə çalın. Yavaş-yavaş yumurtanın ağın sarısına qarışdırıb qaşıqla qarışdrın.
Qabartma və vanillə qarışdırılmış unu biskvit xəmirinə əlavə edib yavaş-yavaş qarışdırın.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və xəmiri əlavə edib hamarayın. 20 dəqiqə sobada bişirin.
Hazır biskviti çay dəsmalının üzərinə qoyun və qida kağızını çıxarın. Uzununa 3 hissəyə bölün.
Dəsmalla rulet formasında bükün. 5 dəqqiqə qaldıqdan sonra açın. Kəsmiyi blendrlə çalın. Üzərinə 5 xörək q. mannı əlavə edin.
Soyumuş xəmirin üzərinə alınmış mannılı kəsmikli kremi çəkib təzədən rulet formasında bükün.
Alınmış ruletləri strecləyin və soyuducuda 4 saat saxlayın.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.