Tısbağa Tortu Resepti

Tısbağa Tortu Resepti
Ərzaqlar

5 yumurta

2,5 su stəkanı şəkər

2 su stəkanı un

2 su stəkanı xama

4 xörək q. kakao tozu

100 qram kərə yağı

Hazırlanması
Yumurta və stəkan yarım şəkəri mikserlə çalın.
Üzərinə 2 xörək q. kakao və un əlavə edin və yaxşı qarışdırın.
Soba qabına yağlı kağız qoyun.
Xəmirdən yarım çay qaşığı götürüb balaca yastı kündələr formasında qaba yığın.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişirin.
Kremi hazırlamaq üçün qalan şəkəri xama, kərə yağı və 2 xörək q. kakao ilə çalın.
Yastı kündələriniz hazır olduqda onalrı kremdə hər tərəfini fırladıb dağ formasında bir-birinin üstünə düzün.
1 saat soyuducuda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.