Toyuq Dolması - Resept

26 Kasım 2018
1 342
0
Toyuq Dolması - Resept
Tərkibi:
Bir ədəd bütöv toyuq,
yarım soğan,
bir ədəd sobada istifadə edilən paket.

İçliyi üçün:
1 stəkan düyü
* Yarım armudu stəkan zeytun yağı
* 1 kiçik ölçülü baş soğan
* 2 x.q. quşüzümü
* 2 x.q. qaşığı fıstıq
* 1 dəstə göyərti
* Zövqə görə duz, istiot

Hazırlanma qaydası: 1.Soğanı soyun, xırda-xırda doğrayın. 2.Zeytun yağını tavaya tökün və soğanı qovurun, soğan qızarana yaxın fıstıqları əlavə edib fıstıqlar qızaranadək qovurun. 3.Üzərinə düyünü əlavə edib 3 dəqiqə qovurun. Son olaraq quşüzümünü, ədviyyatları və 1 stəkan suyu əlavə edin. 4.Orta odda plov suyunu çəkənə kimi bişirin, ocaqdan götürün və göyərtini xırda doğrayıb əlavə edib bi-iki dəfə qarışdırıb soyumağa qoyun. 5.Soyumuş plovu toyuğun içinə doldurun. Toyuğun dərisinə bir cızıq ataraq budlarını birləşdirin və paketin içinə yarım soğanla birlikdə qoyun. 6.Diş çöplərinin köməyi ilə paketi bir neçə yerdən dəlib listə yerləşdirin. Əvvəlcədən isinmiş 200 dərəcə sobada təxminən 2 saat ərzində bişirin. Qeyd: Toyuğun içinə doldurulacaq plovu hazırlayarkən önəmli olan plovun az su ilə bişirilməsidir. Çünki, toyuğun içində düyü toyuq suyu ilə bişir.Toyuğun içini çox doldurmayın, toyuq partlayıb çirkin bir görüntü ortaya çıxa bilər.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.