Çiyələkli tiramusu Resepti

Çiyələkli tiramusu Resepti
Tərkibi:
200 qr. maskarpone pendiri
30-33% 500 qr. yağlı qaymaq (slivki)
5 yemək qaşığı şəkər kirşanı
yarım dənə portağalın suyu
100 qr çiyələk meyvəsi
500 qram qadın barmaqları peçenyesi

Hazırlanması:
Bir dərin qab götürüb yağlı qaymağı şəkər kirşanı ilə mikserlə çalın.
Yağlı qaymaq mütləq bir-iki saat soyuducuda qaldıqdan sonra mikserlə çalınmalıdır. Kremimiz hazırdır.
Çiyələkli sousu hazırlamaq üçün portağalın suyunu sıxın. Çiyələkləri portağal suyu ilə parçalayıcıdan( blendar) keçirin, əzmə halına salın və kremə qatın.
Tiramusunu hazırlamaq üçün dondurma qablarını götürün.
Püçünyüdən bir-iki dənə sındırıb qaba qoyun və üzərinə çiyələkli kremi əlavə edib bu prosesi təkraralayın.
ən üst qat krem olmalıdır. Qabların üstünü strecləyib 1-2 saat soyuducuda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.