Macarsayağı Vatruşka Resepti

Macarsayağı Vatruşka Resepti
Ərzaqlar

1, 5 su stəkanı şəkər

500 qram 9%-li kəsmik

3 yumurta

1 paket vanil

1 paket qabartama tozu

4-5 xörək q. xama

yarım banka bişmiş süd

100 qram kərə yağı

1,5 su stəkanı un

50 qram tünd şokalad


Hazırlanması

Yağı xırda-xırda hissələrə bölün.

Una qabartma tozu, vanil və yarım su stəkanı şəkər qatıb yağı əlavə edin və əllə qarışdırıb umac halına salın.

İçliyi hazırlamaq üçün ama, yumurta, şəkər və vanili blendrlə çalın. 28 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.

Xəmiri iki hissəyə bölün.

Qaba tökün və üzərinə işliyi əlavə edin.

Qalan xəmii üstünə töküb hamarlayın.

Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

40 dəqiqə sobada bişirin.

Qatılaşdırılşım südü 2 xörək q. xamailə mikserlə şalın.

Başqa qaba şokoladı xırda-xırda dograyın.

Qalan xamanı əlavə edin və su vannasında qazda və ya mikrodalğalı sobada əridin.

Xəmir hazır olduqda isti halda qabdan çıxartmadan bişmiş süd qarışığını üzərinə əlavə edin və şokoladı üstünə tökün.

Diş çubuğu ilə şokoladı qarışdırın ki, qəşəng forma alsın.

Soyuduqdan sonra vatruşkanı qabdan çıxardıb servisə təqdim edin.



Nuş Olsun!


Macarsayağı vatruşka çox ləzzətli şirniyyatdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.