Limonlu və qozlu peçenye Resepti

Limonlu və qozlu peçenye Resepti
Ərzaqlar

3,5 su stəkanı un

0,5 su stəkanı mannı yarması

1 çay q.hindistan çevizi

100 qram şit yağ

2 xörək q. yoqurt

2 xörək q. şəkər kirşanı

2 yumurta

1 paket vanil

1 paket qabartma tozu

1 dənə limon İç üçün:

200 qram qoz


Şərbət üçün:

3,5 su stəkanı şəkər

3 su stəkanı su

1 xörək q. limon suyu


Hazırlanması

Limonun qabığını sürgəcdən keçirin.

Bir qab götürün unu, hindistan çevizini, yumşalmış yağı, yoqurtu, şəkər kirşanını yumurtanı, qabartma və vanili, limonun qabığını qarışdırıb əllə xəmir yoğurun.

İki hissəyə bölün.

Yağlı qida kağızında 2 sm qalınlığında yayın.

Yayılmış xəmirləri stəkanın ağzı ilə dairə formasında kəsin.

Dairələrdən yarısını ortadan şüşə qapaqla kəsərək ortasını çıxarın.

Bütöv dairələrdən gütürüb üstünə ortası deşik dairəni qoyun. Qozu 2 yer bölün və ortası deşik dairələrin üstünə yerləşdirin.

Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və hazırladığınız peçenyeləri 30 dəqiqə üstləri qızaranadək bişirin.

Şərbəti hazırlamaq üçün şəkər su və limonun şirəsini bir qaba tökün və odda qaynayana qədər qarışıdırln.

Qaynadıqda kənara qoyun.

Bir az soyuduqdan sonra bişmiş peçenyelərin üstünə gəzdirərək tökün.

Soyuduqdan sonra servis edə bilərsiniz.



Nuş Olsun!


Şirniyyatımıza həm qoz həm də limon fərqli dad verəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.