Kəsmikli Trufel Resepti

Kəsmikli Trufel Resepti
Ərzaqlar

500 qram kəsmik

500 qram peçenye

100 qram kərə yağı

200 qram tünd şokolad

2 xörək q. kakao tozu

100 qram şəkər

Qoz bəzək üçün


Hazırlanması

Kəsmiyi, yumşalmış kərə yağı və şəkəri blendlə əzin.

Alınmış qarışığı iki hissəyə bölün.

Şokoladdan 50 qran ayırıb su vannasında əridin və qarışığın bir hissəsinə kakao tozu və ərinmiş şokoladı əlavə edib qarışdırın.

Yarısını saxlamaq şərti ilə qalan peçenyeləri qida kağızının üzərinə 3 sıra düzün.

Ağ kəsmikli qarışığı üzərinə hamar formad yayın. 5-6 peçenyeni xırdalayıb kəsmiyin üzərinə səpin.

Üzərinə şokoladlı kəsmik qarışığını yayın.

Qida kağızının köməyi ilə peçenyenin 2 tərəfdən qaldırın.

Trufel düzbucaq formasını alacaq.

Üzərinə qalan peçenyeləri düzün.

Kip halda qida kağızına bükün və 1 sutka soyuducuda saxlayın.

Serviz edəndə şokoladı əridin və üzərinə tökün.

Qozu xırdalayıb üzərinə səpin.



Nuş Olsun!


Kəsmikli trufel şirniyyat və desert sevənlər üçün əla seçimdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.