Almalı, darçınlı və ballı piroq Resepti

Almalı, darçınlı və ballı piroq Resepti
Ərzaqlar

1 fincan un



1 ,5 çay qaşığı qabartma tozu



1 çay qaşığı duz



1,5 fincan toz şəkər



2 ədəd yumurta,yaxşı çalınmış



8 yemək qaşığı əridilmiş kərə yağı



2 çay qaşığı vanil



1 çay qaşığı darçın



Yarım limonun suyu



3-4 ədəd alma



1 yemək qaşığı bal



Yemək spreyi

Zövqə görə servis üçün krem şanti və ya dondurma


Hazırlanması

Sobanı 185 dərəcə qızdırın, tavaya yemək spreyi çəkib perqament kağız sərin.

Orta ölçülü bir kasada unu, qabartma tozunu, 1 fincan şəkəri və duzu qarışdırın. Üzərinə yumurtanı yağı və vanili əlavə edib qarışdırdıqdan sonra hazır xəmiri tavaya tökün.

Orta ölçülü kasaya limon suyunu sıxın, almaları soyub tumunu təmizlədikdən sonra kasanın içinə incə-incə dilimləyin. Darçın və şəkər əlavə edin və hər bir dilimin yaxşıca qarışmasına diqqət edin.

Qarışdıqdan sonra dilimləri üst-üstə xəmirin üzərinə düzüb sobaya qoyun. 30-35 dəqiqə bişməyini gözləyin.

10 -15 dəqiqə soyuduqdan sonra fırça ilə üstünə bal çəkə bilərsiniz. Arzu olunarsa servis edilən zaman üzərinə krem və ya dondurma əlavə edə bilərsiniz.



Nuş Olsun!


Almalı, darçınlı və ballı piroq çox dadlıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.