Albalı qırıntılı barlar Resepti » Feat.Az Sekiller, Xeberler, Yazili

Albalı qırıntılı barlar Resepti

Albalı qırıntılı barlar Resepti
Ərzaqlar

Yapışmayan yemək spreyi



470 qram yulaf əzməli peçenye



½ fincan yağ



1 ədəd yumurta, biraz çalınmış



1 çay qaşığı vanil



½ çay qaşığı badam ətiri



450 qram dondurulmuş şəkərsiz albalı, buzu açılıb yumuşalmış formada



¼ fincan şəkər



1 paket buzlu toz şəkər


Hazırlanışı

Sobanı 175 dərəcə qızdırın. Əvvəlcədən tavanın üzərinə folqa kagızını sərin. Folqanın üzərini spreylə örtün və tavanı kənara qoyun.

Yulaflı peçenyeləri dərin bir kasaya tökün. Yağı əlavə edib blenderlə iri iri qırıntılıvəziyyətdə olanacan qarışdırın və bəzək üçün 1 fincan bu qarışımdan ayırıb kənara qoyun. Qalanının üzərinə yumurta, vanil, badam ətiri töküb qarışdırın. Hazır qarışımı tavaya berabər şəkildə yayın. Orta ölçülü bir kasada albalını və şəkəri qarışdırın və bərabər şəkildə tavaya qarışımın üzərinə əlavə edin. Kənara ayırıb qoyduğunuz qarışımı da üzərinə səpin.

45 dəqiqə üstü qizaranacan sobada bişirin,bişdikdən sonra soyumasını gözləyin. Soyuduqdan sonra buzlu toz şəkəri üzərinə səpin və buzu açılanacan gözləyin. Folqanın kənarlarından tutaraq tavadan çıxarın və kvadrat formasında doğrayın.



Nuş Olsun!


Albalı qırıntılı barlar meyvəli şirniyyatdır.
Şərh Yaz