Sezar salatı - Resept

* 300 q. toyuq filesi
* 200 q. parmezan pendiri
* 200 q. çerri pomidoru
* 200 q. mayonez
* 200 q. suxarı
* 1 əd. limonun şirəsi
* 1 kahı
* 1 diş sarımsaq
* 1 x.q. sirkə
* zövqə görə duz
* istiot
Hazırlanması:
Toyuq filesini barmaq uzunluğunda doğrayın, duz-istiot əlavə edib bir az qaynadıldıqdan sonra duru yağda qızardın. Nəzərə alın ki, toyuğu salat üçün hazırladığından onu çox bişirmək olmaz. Qızardılmış toyuq dilimlərini iri doğranmış kahı və suxarı ilə bir yerdə qaba əlavə edin. Daha sonra mayonez və limon şirəsini əzilmiş sarımsaqla birlikdə salata əlavə edib qarışdırın. Ən sonda isə salatın üzərinə sirkəni süzüb, sürtgəcin xırda gözündən keçirilmiş parmezanı səpin. Sezar salatını italyan ənənəsi ilə dadmaq istəsəniz marketlərdən mütləq bu salatın sousunu da alın.
Nuş olsun!