Hamburger bulkası - Resepti

09 Ocak 2019
1 592
0
Hamburger bulkası - Resepti
Uşaqların sevimli qəlyanaltısı olan hamburger bulkasının ev şəraitində necə çox vaxt sərf etmədən hazırlanmasını təqdim edirik.

Tərkibi:
1 ¼ stəkan (300 ml) süd
2 xörək qaşığı (17 qr) toz maya
2 xörək qaşığı (28 qr) şəkər tozu
1/3 stəkan (80 ml) ərinmiş kərə yağı
1 yumurta
4 stəkan (500 qr) un
1 çay qaşığı duz
Üzərinə yaxmaq üçün 1 yumurta
Hazırlanma qaydası:
Öncə südü 36-38 dərəcəyədək isidin və şəkər tozunu bu süddə həll edin. Südə maya əlavə edin və qarışdırın. Unu ələyin və duzla qarışdırın. Otaq temperaturunda ərinmiş kərə yağını və yumurtanı mayalı südə əlavə edin və 5-7 dəqiqə xəmir yoğurun. Yoğurdunuz xəmiri kündələrə bölün. Kündələri 10 dəqiqə mayalanması üçün otaq istiliyində saxlayın. Kündələrin üzərinə çırpılmış yumurta yaxın, küncüt səpin və öncədən 200 dərəcə qızdırılmış sobada 12-14 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.