Balerin kurabiyyə - Resepti

Balerin kurabiyyə - Resepti
Dadı damağınızda qalacaq bir kurabiyədir sizə təqdim etmək istədiyimiz kurabiyə.

Xirt-xırt , kərə yağı ətri, üzərindəki şəkərin dadı birləşərək sizləri məst edəcək bir kurabiyyədir.

Bunun üçün sadəcə 5 ərzaq yetərli olacaqdır.

Hazırlanması da olduqca çox sadədir.

Xəmiri hazırladıqdan sonra kurabiyələriniz fırında bişəcək və sonra çayınızın yanında ətirli bir atışdırmalıq olacaqdır.

Əgər hazırsınızsa mətbəxdə görüşməyə nə deyərsiniz?

Lazım olan ərzaqlar:
150 qram əridilmiş kərə yağı ,
150 qram labne pendiri,
300 q un ,
1 paket vanilin,
1 su stəkanı şəkər,

Hazırlanma qaydası:
Çox tez-tez hazırlanan fərqli şəkillər verilən bir kurabiyyə növüdür.
Pendirli kurabiyə də deyə bilərsiniz.
Ancaq lor pendiri istifadə edərkən süzgəcdən və ya blenderdən keçirib bir az incəltməlisiniz.
Kərə yağını labne pendiri ilə qarışdırın.
Unu və vanilini də əlavə edin.
Qatı bir xəmir əldə edənə qədər yoğurun.
Xəmiri 1 saat soyuducuda saxlayın.
Dinlənən xəmiri vərdənə ilə incəcik açın. (2 milimetrə yaxın).
Yuvarlaq bir kurabiyə qəlibi və ya stəkan yardımı ilə xəmirdən yuvarlaq şəkillər kəsin.
İki tərəfini də şəkərə bulayıb ikitə qatlaya da bilərsiniz.
Sonra bişirmə sinisinə yığın.
Əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış fırında üzəriləri qızarana qədər bişirin.

Nuş olsun!

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET