Soğanlı kartoflu keks - Resepti

20 Ocak 2019
1 399
0
Soğanlı kartoflu keks - Resepti
Soğanlı kartoflu keks üçün lazım olan ərzaqlar:
2 orta boy kartof,
1 kök,
1 orta boy quru soğan,
3 yumurta
1 stəkan qatıq,
1 su stəkanı zeytun yağı,
2 çay qaşığı duz,
1 paket qabartma tozu,
2 çay qaşığı qırmızı pul bibər,
1 yemək qaşığı quru nanə,
1/2 dəstə şüyüd,
2 su stəkanı un.

Üzəri üçün:
Kətan toxumu,
Küncüt,
çörəkotu
Soğanlı kartoflu keksin hazırlanma qaydası:
Soyduğunuz kartofları nərdi zəri buöyüklügyündə küp-küp doğrayın.
Soğanı soyub yeməklik doğrayın və kökü soyub rəndələyin.
Kartoflarla kökü qarışdırın və bir kənarda gözlədin.
Yumurtaları dərin bir qaba qırıb qatıq və zeytun yağını əlavə edin.
Duz, qabartma tozu və ədviyyatları və incə doğradığınız şüyüdü əlavə edib qarışdırın.
Unu və soğanlı qarışığı yumurtalı qarışığa əlavə edərək yaxşıca qarışdırın.
Dördkünc (35×20 sm ) bir fırın qabını zeytun yağıyla yağlayın.
Hazırladığınız duzlu keksi qəlibə tökün və üzərini düzənləyin.
Üzərinə kətan toxumu, küncüd və çörəkotu qarışığı səpin.
Keksi öncədən 180 dərəcə qızdırılmış fırında ən az 40-45 dəqiqə üzəri qızarıncaya qədər bişirin.
İlıq hala gəlincə dilimləyərək servis edin.

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.