Düyülü toyuq dolması - Resepti

26 Ocak 2019
1 290
0
Düyülü toyuq dolması - Resepti
Düyülü toyuq dolması üçün lazım olan ərzaqlar:
1 su stəkanı plovluq düyü,
4 parça toyuq döşü,
2 stəkan su,
Yarım soğan,
40 q fıstıq,
2 yemək qaşığı incə doğranmış təzə şüyüd,
Yarım çay qaşığı sarıkök,
Yarım çay qaşığı təzə rəndələnmiş muskat(hindistan qozu),
Təzə çəkilmiş istiot,
Duz,
1 yemək qaşığı zeytun yağı,
Yarım şirniyyat qaşığı kərə yağı,

Düyülü toyuq dolması necə hazırlanır?
Toyuq ətlərini bıçaqla açdıqdan sonra ət döyəcəyi ilə incəldin.
Duz, istiot səpin.
Düyüləri bol suyla yyuyb süzün.
1 yemək qaşığı yeməklik zeytun yağı ilə yarım yemək qaşığı kərə yağını əridin.
Yeməklik doğranmış soğan ilə fıstıqları 2-3 dəqiqə qovurun.
Düyünü əlavə edərək qarışdırmağa davam edin.
Şüyüd xariç bütün ədviyyatları duz və suyu əlavə edin.
Qapağı qapalı olaraq plov suyunu çəkincəyə qədər bişirin.
Plov tamamən suyunu çəkincə atəşi qapatıb şüyüdü əlavə edib soyumağa buraxın.
Əzilmiş toyuq ətlərinin içlərinə plov doldurub alüminiyum folyo ilə yaxşıca qapadın .
Fırın qabına düzüb yarısına gələcək qədər isti su əlavə edin və 200 dərəcə fırında 30 dəqiqə bişirin.
Fırından çıxartdığınız toyuqları folyodan çıxardın və az kərə yağı əlavə etdiyiniz yapışmaz tavada bir neçə dəqiqə qızardın.
Dilimləyərək isti halda servis edin.

Nuş olsun!
1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.