Qırmızı mərcimək küftəsi - Resept

İçərisində az miqdarda qiymə, bol miqdarda qırmızı mərcimək olan bu təriəf bildiyimiz mərcimək küftəsinin əslində qiyməli və qızardılmış halı da deyə bilərik.
Salatların yanında protein niyyətinə və ya fərqli soslarla istifadə edə biləcəyiniz bu nəfis ləzzəti sizlərə təqdim edirik.
4 nəfərlik
Hazırlanma :
15 dəqiqə
Bişirmə:
10 dəqiqə
Lazım olan ərzaqlar:
1,5 su stəkanı qırmızı mərcimək bişmiş,
1 su stəkanı incə bulğur,
6 yemək qaşığı irmik,
250 q dana qiymə,
1,5 yemək qaşığı un,
1 ədəd rəndələnmiş soğan,
1 çay qaşığı duz,
2 çay qaşığı toz qırmızı bibər
Hazırlanma qaydası:
Qırmızı mərciməkləri bişirin və yumşaldıqdan sonra dərin bir kasaya alın.
Üzərinə incə bulğur, irmik, qiymə, un, rəndələnmiş soğan, duz və toz qırmızı bibəri də də əlavə etdikdən sonra bütün ərzaqları bir -birinə qarışdıraraq yaxşıca yoğurun.
Yaxşıca yoğrulan mərciməkli qarışımı qozdan bir az daha böyük parçalar alın və yuvarlayıp, yastı bir şəkil verin.
Küftələlri qızğın yağda nar kimi qızarana qədər bişirib, sos ilə birlikdə və ya salatların üzərinə əlavə edərək servis edin.
Nuş olsun!
1001dad.az