Pendirli sadə kumpir - Resept

08 Şubat 2019
1 192
0
Pendirli sadə kumpir - Resept


Pendirli sadə kumpir

Lazım olan ərzaqlar:

Ammerlander kərə yağı: 50 q.
Qauda pendiri: 100 q.
Kartof: 2 əd.
Qaymaq: 250 ml
Göyərti:
Suxarı
Duz
İstiot

Pendirli sadə kumpir hazırlanma qaydası:
Katroflar suda qaynadılır.
Tam bişməsinə ehtiyac yoxdur.
Bundan sonra kartoflar aluminium folqaya sarılır və sobada bişirilir.
Qauda pendiri sürtkəcdən keçirilir.
İçərisinə göyərti və qaymaq əlavə edilir.
Duz, istiot vurulur.
Kartof ortadan uzunlamasına yarısına kimi kəsilir.
Biraz aralanır, kartofun içinin az hissəsi çıxardılır, qalanları yaxşıca əzilir.
Hazırlanan Qauda pendirli qaymaqlı, göyərtili içlik kartofun içərisinə qoyulur.
Pendirli sadə kumpir əvvəlcədən isidilmiş sobada bişirilir.

Nuş olsun!

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.