Gülkələmli keks - Resept

29 Ocak 2019
1 032
0
Gülkələmli keks - Resept
6 nəfərlik,

20 dəqiqəyə hazırlana bilər,

30 dəqiqəyə bişmə

Lazım olan ərzaqlar:
400 q gül kələmi,
1 ədəd orta boy soğan,
1/2 su stəkanı bişirilmiş toyuq döşü,
3 yumurta,
3/4 su stəkanı süd,
1/2 su stəkanı zeytun yağı,
2,5 su stəkanı un,
100 q pendir,
1 çay qaşığı duz,
2 çay qaşığı istiot,
1 paket qabartma tozu,

Hazırlanma qaydası:
Gül kələminin çiçəklərini ayırın.
Kiçik kiçik doğrayıb bir qazana yığın.
Üzərinə su əlavə edib gül kələmləri bir azca yumşalana qədər, yəni 4-5 dəqiqə bişirinb süzün.
Soğanları soyun və incə-incə doğrayın.
Yumurtaları bir qabın içərisinə qırınvə yüngülcə çırpın.
İçərisinə duru yağ və südü əlavə edein.
Un və qabartma tozunu ələyərək südün içərisinə qatıb bir keks xəmiri əldə edin.
Xəmirin içərisinə gül kələmini, soğanı , istərsəniz də toyuq döşü və ya pendir də əlavə edə bilərsiniz.
Son olaraq duz və istiotunu atın.
Gözəlcə qarışdırın.
Keks xəmirini yağlı kağız sərdiyiniz bir keks qəlibinin içinə alın.
180 dərəcədə bişirin.
Bişdikdən sonra çıxarın veəbir az dincə qoyun.
Ardından dilimləyərək servis edin.

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.