Karamelli Ponçik Resepti

Karamelli Ponçik Resepti
Tərkibi:
8 yumurta
1 çimdik duz
40 q kərə yağı
100 q şəkər tozu
formanı yağlamaq üçün yağ

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Dərin sinini su ilə doldurub sobanın orta gözünə yerləşdirin.

Mini-kekslər üçün formanı (24 ədədlik) yaxşıca yağlayın (əgər beləsi yoxdursa, xırda keks qablarını yağlayın).

Yumurta sarılarını mikserlə 5 dəqiqə çalın. Yumurta ağlarına 1 çimdik duz əlavə edib möhkəm çalın. Çalınmış yumurta sarılarını ehtiyatla əlavə edib saat əqrəbi istiqamətində qarışdırın. Xəmiri formadakı çuxurlara doldurun. Bu formanı sobadakı içi su ilə dolu sininin içinə qoyun (forma yarısınadək suda olsun). Beləcə, su hamamında 20-25 dəqiqə bişirin.

Bu müddətdə kərə yağını qazançada əridin. Şəkər tozu əlavə edin. Açıq-qəhvəyi rəng alanadək bişirin, 50 ml soyuq su əlavə edib qarışdırın, azca qaynadın.

Hazır keksləri formadan çıxarın, üzərinə karamelli sous gəzdirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.